Bakıda 500 yol polisi gücləndirilmiş iş rejimində xidmətə başladı - VİDEO

Sabah başlayacaq ''Formula-1'' yarışları ilə əlaqədar paytaxt polisi təhlükəsizliyi təmin etmək məqsədi ilə gücləndirilmiş iş rejminə keçib. Rayonlardan gələn 200, paytaxdan isə 300-ə yaxın yol polisi trek ətrafı yollarda sıxlıq yaşanmasın deyə sürücülərə istiqamət verirlər.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, hazırda şəhərin istənilən istiqamətlərində hərəkət tam təmin edilib. Nəqliyyata bağlanan 8-9 küçə və prospektlərə alternativ olan yollarda isə hərəkət tam normaldı.
Bölmə rəisi 2 gün əvvəl trek ətrafı yollarda qoyulmuş müvəqqəti danayma durma nişanının isə ötən gündən qüvvəyə mindiyini deyib. Əgər hansısa sürücü alternativ yol kimi nəzərdə tutulmuş ərazidə avtomobilini park edərsə, ona cərimə tətbiq ediləcək.
Vaqif Əsədov yarışa baxmağa gələn şəxslərə də müraciət edib.
Yarışla əlaqədar Daxili İşlər Nazirliyinin aparatının struktur qurumlarının Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunlarının hərbi hissələrinin şəxsi heyəti iyunun 20-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Əmrdə həmçinin qeyd olunur ki, bütün strateji əhəmiyyətli obyektlər, o cümlədən su, hava, dəmiryolu nəqliyyatında, avtovağzallarda, limanlarda, metropolitendə, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, qonaqların və idmançıların qaldığı mehmanxanaların mühafizəsi daha da gücləndiriləcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












