Bakıda avtomobillərin qeyri-qanuni parklanması ilə bağlı reyd keçirilib - FOTO - VİDEO

Qaradağ Rayon Polis İdarəsinin DYP Şöbəsinin əməkdaşları tərəfindən avtomobillərin qeyri-qanuni parklanması ilə bağlı rerd keçirilib. Avtosfer.az xəbər verir ki, reyd rayonun Lökbatan dairəsində baş tutub. Tədbir zamanı qanunsuz parklanma ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin polis leytenantı Nurlan Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, paytaxtın bəzi ərazilərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur: “Apardığımız müşahidələr onu göstərir ki, sürücülər daha çox nəqliyyat vasitələrini nəqliyyatın hərəkət hissəsində saxlayırlar. Onlar arxadan gələn nəqliyyat vasitəsinin maneəsiz hərəkətinə maneə törədirlər. Həmin ərazilərdən biri də Qaradağ rayonu ərazisindəki Lökbatan dairəsidir”.
N.Əliyev qeyd edib ki, bundan sonra da Lökbatan dairəsində polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət profilaktik tədbirlər davam etdiriləcək: "Hər bir sürücüdən xahişimiz odur ki, avtomobil idarə edərkən digər sürücüləri də nəzərə alsınlar”.
Vilayət Eyvazov Qəbələdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
DYP-dən sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP














