Bakıda avtoyuma məntəqəsinin işçisi qaçırdığı avtomobillə qəza törədib

İyunun 3-də gecə saat 1 radələrində Nərimanov Rayon Polis İdarəsinə paytaxt sakini Vahid Əhmədovun avtomobillə vurularaq xəsarət alması barədə yerləşdirildiyi xəstəxanadan məlumat daxil olub. Dərhal araşdırmalara başlayan əməliyyat qrupu xəstəxanaya yollanıb. Yaralının vəziyyəti ağır olduğundan ondan heç bir məlumat almaq mümkün olmayıb. Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edən polis əməkdaşları yol nəqliyyat hadisəsinin F.Xoyski küçəsində "VAZ-2106" markalı avtomobillə törədilməsini müəyyən ediblər. Nərimanov RPİ-nin Cinayət-axtarışı şöbəsi və 18-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa vaxtda həmin avtomobilin sahibi - Bakı şəhər sakini Seymur Nəcəfov müəyyən edilərək Polis İdarəsinə dəvət edilib.
Öz ifadəsində o, sahibi olduğu maşını bir qədər əvvəl yumaq üçün avtoyuma məntəqəsində işləyən Valeh adlı şəxsə etibar etdiyini bildirib.
Görülmüş tədbirlərlə həmin şəxsin ünvanı dəqiqləşdirilib və o, saxlanılaraq şübhəli şəxs qismində Polis İdarəsinə gətirilib. Onun Bakı şəhər sakini Valeh Rəhmanov olması müəyyən edilib. Ətrafında aparılan tədbirlərlə həmin maşını idarə etdiyi zaman yol-nəqliyyat hadisəsini törətməsi və hadisə yerindən uzaqlaşması, maşını isə Nəsimi rayonu ərazisində sahibsiz vəziyyətdə ataraq qaçdığı aşkar edilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












