Bakıda daha bir polisi döyərək paqonunu qopartdılar

Bakıda yol hərəkəti qaydalarını pozan sürücü iki polis əməkdaşını döyüb. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Yasamal rayonu, H.Əliyev küçəsində baş verib. Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Bəhruz Məmmədli idarə etdiyi “Mitsubishi” markalı 90 BV 701 nömrəli avtomobillə işıqforun qırmızı işığından keçib. Sürücü B.Məmmədli həmin vaxt orada xidmətdə olan Bakı Şəhər Dövlər Yol Polisi İdarəsinin əməkdaşları - polis baş leytenanatı, 1979-cu il təvəllüdlü Anar Rəsulov və polis serjantı, 1984-cü il təvəllüdlü Kazım Həziyev tərəfindən saxlanılıb. B.Məmmədli polis əməkdaşları söyərək təhqir edib, K.Həziyevin paqonunu qoparıb. Sürücü digər polis əməkdaşı A.Rəsulovun üzündən yumruqla vuraraq ona xəsarət yetirib.
Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












