Bakıda qayda pozan DYP əməkdaşı cəzalandırıldı - VİDEO - YENİLƏNİB

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi polis əməkdaşının xidməti avtomobili ilə hərəkətdə olan zaman kobud qayda pozuntusuna ilə bağlı açıqlama verib.
Qurumdan oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qayda pozuntusu edən əməkdaşın izahatı alınıb, xəbərdarlıq edilib.
Qeyd edək ki, həmin şəxs avtomobili dönmə işığından istifadə etməyib və qoşa xətti (1.3 nişanlama xətti) tapdalayıb. O, 4 bal və 100 manat məbləğində cərimə olunmalıdır.
***
11:49
Bakıda yol polisi əməkdaşı xidməti avtomobili ilə hərəkətdə olan zaman kobud qayda pozuntusuna yol verib.
Avtosfer.az xəbər verir ki, qayda pozuntusu kənar dairəvi yolda qeydə alınıb.
Digər avtomobillərin təhlükəsizlik kameralarına əks olunan görüntülərdən aydın olur ki, yol polisi avtomobili dönmə işığından istifadə etməyib və qoşa xətti (1.1 nişanlama xətti) tapdalayıb.
Polis kobud qayda pozuntusuna yol verərək, qadağan olunan hissədən yolun sol tərəfinə keçməklə hərəkətdə olan digər maşınlara təhlükə törədib.
Qeyd edək ki, hadisə ötən gün 18:40 radələrində qeydə alınıb.
Sözügedən qayda pozuntusunun görüntülərini təqdim edirik:
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO











