Bakıda DYP evakuatorundan gülməli və ağlamalı hərəkət - VİDEO

Bakıda evakuator sürücüsünün kobud qayda pozuntsu başqa bir avtomobildəki videoqeydiyyat cihazı tərəfindən qeydə alınıb. Həmin görüntüləri Avtosfer.az-a göndərən oxucu bildirib ki, hadisə bir neçə gün əvvəl Bakının Məhəmməd Hadi küçəsindən Sarayevo küçəsinə dönən yolda baş verib. "Bakı" kinoteatrına qalxan yolda dayanma-durma qaydasını pozan avtomobili cərimə meydançasına aparmaq istəyən evakuator sürücüsü 100 manat-4 ballıq qayda pozuntusuna yol verib. Göründüyü kimi, 10 AP 729 dövlət nömrə nişanlı DYP evakuatoru qayda pozan avtomobili götürmək üçün hərəkətin əksinə dayanıb. Çox güman ki, maşını götürəndən sonra da geriyə yox, irəli hərəkət edib əsas yola çıxacaq. Çünkt yüklü halda onun yoxuşda geriyə hərəkət etməsi ancaq yuxuda ola bilər. Bununla da, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələbini pozub.
Maddə 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir.
Əslində, orada avtomobilin sürücüsünə yerində protokol tərtib etmək olardı. Çünki göründüyü kimi, avtomobillərin orada dayanması o qədər də təhlükəli vəziyyət yaratmayıb. Məntiqlə yanaşanda isə konkret bu situasiyada evakuator sürücüsünün qayda pozuntusu daha ağır və daha təhlükəlidir, nəinki dayanma-durma qaydasını sürücünün orada maşın saxlaması...
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












