Bakıda geriyə hərəkət edən "Jiquli"nin sürücüsü cərimələndi - VİDEO
Yol polisi
11 Aprel 2023 18:17
Oxunub 1896

Bakıda avtomobili geriyə hərəkət etdirən sürücü cərimələnib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, 57 yaşlı Azad Zaidov aprelin 10-u səhər saatlarında özünə məxsus "VAZ-21099" markalı nəqliyyat vasitəsini Nəsimi rayonu Moskva prospektində geriyə sürüb.
İdarə sözçüsü bildirib ki, pozuntuya görə A. Zaidov barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsilə protokol tərtib edilib. Nəticədə o, 100 manat məbləğində cərimələnib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR














