Banner

Bakıda İNSİDENT: sürücü polisə tabe olmadı

Yol polisi 24 Fevral 2023 12:30 Oxunub 880
Bakıda İNSİDENT:  sürücü polisə tabe olmadı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən fevralın 23-də saat 18 radələrində Binəqədi rayonunun Daş Bazarı dairəsində Bakı şəhər sakini Yaşar Novruzovun idarə etdiyi “Hyundai” markalı avtomobil ödənilməyən cəriməsi olduğuna görə saxlanılıb.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, sürücüdən sənədlərini təqdim etməsi tələb edildikdə o, və sərnişini, paytaxt sakini Ayaz İmanverdiyev polis əməkdaşlarına tabesizlik göstəriblər.

Həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar Sumqayıt şəhərinə həkim müayinəsinə aparılıblar. Lakin orada da onlar analoji hərəkətlərini davam etdirərək tabesizlik göstərdiklərindən Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil veriliblər.

Araşdırma aparılır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh