Bakıda narkotik təsiri altında olan avtobus sürücüsü "Ekologiya postu"nda tutuldu - VİDEO
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, “İSUZU” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Kənan Həzrətquliyev Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı K.Həzrətquliyev narkotik maddə qəbul etməsi müəyyən edilib.
K.Həzrətquliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO








