Banner

Bakıda nömrəsiz “Prius”la “avtoş”luq edən sürücü vəsiqəsiz qaldı + 15 günlük həbs - VİDEO

Yol polisi 28 İyul 2025 10:36 Oxunub 964
Bakıda nömrəsiz “Prius”la “avtoş”luq edən sürücü vəsiqəsiz qaldı + 15 günlük həbs    - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib. Belə ki, 77-DF-979 dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobilin sürücüsü - Mahir Səfərov barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə M.Səfərovun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, bir neçə gün öncə sözügedən sürücüylə bağlı saytımızda xəbər dərc olunmuşdu. 

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh