Bakıda polis əməkdaşı avtomobillə piyadanı vurub - FOTO

Bakının Nərimanov rayonunda polis əməkdaşının idarə etdiyi avtomobil yolu keçən piyadanı vurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib. Belə ki, 1992-ci il təvəllüdlü Süleymanov Şamxal Fəxrəddin oğlu yolu keçmək istəyərkən onu 90 ZT 571 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil vurub. Nəticədə Ş.Süleymanovun iki ayağı sınıb. Yaralı qəzanı törədən avtomobilin sürücüsü tərəfindən xəstəxanaya çatdırılıb. Ş.Süleymanov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, qəzanı törədən "VAZ 2107" markalı avtomobilin sürücüsü Sadıqov Nadir Nurəddin oğlu Baş Mühafizə İdarəsinin əməkdaşıdır. O, qəzanı törədərkən xidmətdə olub.
Faktla bağlı araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













