Bakıda polislə sürücü arasında qalmaqal: "Sənin rəisin maşının içinə tüpürüb" - VİDEO

Bakıda sürücü ilə Yol Polis Xidmətinin əməkdaşı arasında mübahisə baş verib. Avtosfer.az baku.ws-yə istinadən xəbər verir ki, istirahət günü YPX əməkdaşı sürücü Bəxtiyar Hacıyevi saxlayıb ödənməmiş cəriməsi olduğunu deyib. Sürücü YPX əməkdaşına maşında xanım olduğunu, cərimə barədə məlumat verməsini və telefonla, internetdən ödəməsini bildirib. Sürücü sosisal şəbəkədə YPX əməkdaşı ilə mübahisəsini canlı olaraq yayımlayıb. "İstirahət günü YPX saxlayıb, deyir ödənməmiş cəriməniz var, avtomobil üzərinə həbs qoyulub, cərimə meydançasına aparılmalıdır. Deyirəm ki, maşında xanım sərnişin var, istirahət günüdür, cərimə barədə məlumat verin, telefonla və internetdən ödəyirəm. Deyir yox, mən məlumat verə bilmərəm sənə. Getməliyik cərimə meydançasına. Açarı verdim, maşından düşdük ki, aparın. Dirəşdi ki, yox, özün də gəlməlisən. Sonra mübahisə başladı, canlı yayım etdim və başladı "nəzakətli" olmağa, arada "sərxoşsunuz, gözləriniz qızarıb, maşından alkoqol iyi gəlir, sənədləriniz yoxdur" dedi. PPX ilə bölməyə getdik, izahat yazdım, sabah məhkəməyə gedəcəyik.
Maraqlıdır, konstitusiyamıza görə şəxsi mülkiyyətin toxunulmazlıq hüququ var. DYP məhkəmə qərarı olmadan bu mülkiyyətə niyə həbs qoymalıdır ki? Bunun özü səhvdir və dəyişməlidir. Maşında xəstə, qadın, uşaq olmasına baxmayaraq, istirahət günü olmasına baxmayaraq adını və rütbəsini yaza bilməyənləri buraxırlar yollara, düşürlər camaatın üstünə ki, cərimə meydançasına getməliyik".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












