Bakıda polislər azyaşlıları xilas etmək üçün özlərini alovun içinə atdı - REAL VİDEO

Daxili İşlər Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğında iki polis əməkdaşının tüstündən zəhərlənməsi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, fevralın 3-də səhər saatlarında paytaxtın Nəsimi rayonu Şamil Əzizbəyov 156 ünvanında yerləşən üçmərtəbəli binanın girişindəki mağazada yanğın olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Sakinlərin təxliyyə edilməsi üçün təxirəsalınmaz tədbirlər görülüb. Binanın üçüncü mərtəbəsindəki evlərin birində köməksiz vəziyyətdə qalmış və tüstüdən zəhərlənmiş 14 yaşlı Kərəm, 12 yaşlı Elcan və 9 yaşlı Selcan Səfərlilər polis əməkdaşları tərəfindən xilas edilib, onlara ilkin tibbi yardım göstərilb. Qohum olan azyaşlıların vəziyyətləri qənaətbəxşdir.
Yanğınsöndürənlər tərəfindən alovun qarşısı alınıb.
Hadisə nəticəsində azyaşlıları xilas edən Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşları - polis serjantları Qoşqar İşmayılov və Kamran Əhmədli tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya yerlədiriliblər.
Fövqəladə Hallar Nazirliyi (FHN) də Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb. Avtosfer.az-ın FHN-nın saytına istinadən verdiyi xəbərə görə, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində tikilmiş emalatxana və içərisində olan əşyalar 10 m2 sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Avtosfer.az hadisə anının videosunu əldə edib. Videoda yanğının ardınca bir neçə dəfə partlayışın baş verdiyi əks olunur. Həmin görüntüləri təqdim edirik:
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO


















