Bakıda polislər təcili yardım üçün yol açdı - VİDEO

Bakıda polis avtomobili ilə xidmət aparan əməkdaşlar təcili tibbi yardım maşınının yaxınlaşdığını gördükdə, ona kömək etmək məqsədi ilə yolu açmağa başlayıblar.
Avtosfer.az xəbər verir ki, "Fiat Doblo" markalı 99-PS-390 dövlət qeydiyyat nişanlı Post Patrul Xidmətli avtomobili təcili yardım maşınının yaxınlaşdığını və sürücülərin ona yol vermədiyini gördükdə, sayrışan işıqları yandıraraq, səs siqnalı vasitəsilə digər nəqliyyat vasitələrinin yoldan çıxmasını təmin edib. Ardınca təcili yardım maşınını daha təhlükəsiz, boş zolaqlarla hərəkət etməsinə imkan yaradıb.
Görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilər polislərin bu hərəkətinə görə onlara təşəkkür ediblər.
Qeyd edək ki, təcili yardım maşınına yol verməməyə görə, İnzibati Xətalar Məcəlləsində 3 bal və 100 manat olaraq cərimə nəzərdə tutulur.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?










