Bakıda yol polisləri ilə sürücü arasında gərginlik yaşandı; əlbəyaxa oldular - FOTO - VİDEO

Bakıda sürücü və yol polisi əməkdaşları arasında gərginlik yaşanıb. Avtosfer.az-ın məlumatına görə, hadisə Xətai rayonunun Xaqani Rüstəmov küçəsində baş verib. Belə ki, iki polis əməkdaşı ilə VAZ-2107 avtomobilinin sürücüsü arasında mübahisə baş verib. Nəticədə polis əməkdaşları sürücünü zorla maşına mindirərək polis bölməsinə aparıblar.
Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. İdarənin inspektoru, polis mayoru Fuad Sultanov oxu.az-a bildirib ki, videogörüntülər sürücünün polis əməkdaşlarına qarşı tabesizliyini əks etdirir: “VAZ markalı, 10-MJ-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Amin Qurban oğlu Qabilova nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik və digər xətalara görə yol polisləri tərəfindən “saxla” işarəsi verilib.
Sürücüyə etdiyi qayda pozuntusu izah edilən zaman o, yol polislərinə tabesizlik göstərməklə intizamsızlıq edib. Daha sonra həmin sürücünün ərazi üzrə polis orqanına aparılması təmin edilib”.
O qeyd edib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP
Ağsu dolaylarında hərəkət təhlükəsizliyi təmin olunur, yollar açıqdır - FOTO - VİDEO
DİN-in şəxsi heyəti 20 Yanvar şəhidlərinin xatirəsini yad edib - FOTO - VİDEO











