Bakıda qadınlar beş polisi döydü - Siyahıda polkovnik də var

Bakıda beş polis gözəl və zəif bilinən cinsin nümayəndələrinin əlinin altına düşüb və xəsarət alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Sputnik-ə Nərimanov rayon hüquq-mühafizə orqanlarından bildiriblər. Belə ki, ötən şənbə rayon polisinin əməkdaşları mübahisəli obyekt üzrə məsələyə aydınlıq gətirmək üçün A.M.Cümə küçəsində yerləşən 7E nömrəli evə yollanıblar. Məlum olub ki, bu evdə yaşayan iki ailə "avtoyuma məntəqəsini bölə bilməyiblər, bununla əlaqədar, hətta polisə də müraciət ediblər. Asayiş keşikçiləri ünvana gələrkən, bu obyektin kimə məxsus olduğunu müəyyənləşdirənə qədər onun istismarını müəyyən zaman üçün dayandırmağı tələb ediblər. Ev sahibləri hüquq mühafizəçilərinin iradəsinə zidd gediblər. Bu zəmində vətəndaşlar və polis arasında mübahisə yaranıb. Münaqişə zamanı 1961-ci il təvəllüdlü Nigar İbrahimova, onun 1991-ci il təvəllüdlü qızı Rəbiyə İbrahimova və 1980-ci il təvəllüdlü oğlu Anar İbrahimov asayiş keşikçilərinə hücum edib və onlara müxtəlif bədən xəsarətləri yetiriblər. Nəticədə ilkin istintaq şöbəsinin rəisi, polkovnik-leytenant F.Fərmanov, şöbənin baş inspektoru, kapitan S.Ağayev, post-patrul xidmətinin kiçik serjantı A.Hənifəyev, sahə müvəkkili, mayor A.Salıyev və sahə-inspektoru, kapitan F.Süleymanov baş və üz nahiyəsindən xəsarət alıblar. Amma xuliqanlıq faktı üzrə hüquq mühafizəçiləri yalnız Anar İbrahimovu məsuliyyətə cəlb ediblər, baxmayaraq ki o tək yox, anası və bacısı ilə olub. Ona qarşı AR CM 221.3 (silah və digər predmetlərin silah kimi işlədilərək xuliqanlıq) maddəsi tətbiq edilib.
Nərimanov Rayon Prokurorluğundan qeyd ediblər ki, əslində polislər heç də özlərini göstərdikləri kimi, fağır və günahsız deyillər. “Bu halda asayiş keşikçiləri özləri mübahisə üçün şərait yaradıblar – ilkin yoxlamanın nəticələri bunu göstərir. Bundan başqa, münaqişə zamanı aldıqları xəsarətləri ciddi adlandırmaq olmaz. Qadınların beş polisi birdən döyməsinə inanmaq çətindir”, - rayon prokurorluğundan deyiblər.
Hazırda fakt üzrə istintaq aparılır. Anar İbrahimovun 48 saat keçdikdən sonra azad ediləcəyi bildirilib.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












