Bakıda qayda pozan daha bir yol polisi cəzalandırıldı - VİDEO

Bakıda yol şərəkəti qaydalarını pozan daha bir yol polisi əməkdaşı cəzalandırılıb. Bu barədə Avtosfer.az-a həmin əməkdaşla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət edən sürücü məlumat verib. O bildirib ki, avqustun 23-də idarə etdiyi avtomobillə Babək prospektində hərəkətdə olarkən qarşıdan gəlib geriyə dönən 99-YP-426 qeydiyyat nişanlı "BMW" markalı YPX avtomobilinin sürücüsü qayda pozub: «Geriyə dönən zaman qarşıdan gəlib düzünə hərəkət edən nəqliyyat vasiətələrinə yol vermədi. Görüntülər avtomobilimdəki videoqeydiyyat qurğusuna qeyd olundu. Videoda YPX avtomobilinin sayrışan işıq və xüsusi səs siqnalını qoşmaması öz əksini tapdığı üçün bununla bağlı DYP rəhbərliyinə müraciət etdim və həmin görüntüləri də təqdim etdim. Bildirdim ki, «Yol hərəkəti haqqında» qanunun 48-ci maddəsinin 1 ci hissəsində və 74-cü maddəsinin 2-ci hissəsində göstərilib ki, "Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər". Rəhbərlikdən xahiş etdim ki, mənə cavab məktubunda həmin YPX avtomobilinin sürücüsünün hansısa xidməti vəzifəsini yerinə yetirməsi üçün və yaxud tağım komandirinin hansısa göstərişinə görə tələsib qayda pozduğunu yazmasınlar. Çünki «Yol Patrul Xidməti Haqqında» Təlimatın 7.43-cü bəndində göstərilib ki, "Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulması vəziyyəti yarandığı halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etməlidir.
Polis əməkdaşları öz hərəkətləri ilə cəmiyyətə örnək olmalıdırlar. Bunu nəzərə alaraq mən də DYP rəhbərliyindən xahiş etdim ki, patrul avtomobilinin sürücüsü barədə inzibati xəta haqqında iş üzrə icraata başlayıb protokol tərtib etməklə onu məsuliyyətə cəlb etsinlər. Bakı şəhər DYPİ-nin rəisi, polkovnik Nüşrəvan Səfərovun imzası ilə aldığım cavab məktubunda bildirilir ki, həmin DYP əməkdaşı qayda pozarkən sayrışan işıqlardan istifadə etmədiyi üçün barəsində intizam tədbiri görülüb".
Elmin
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










