Bakıda qırmızı işıqdan keçən yol polisini işdən qovdular - VİDEO

Ötən il dekabrın 18-də Bakının Mikayıl Müşviq küçəsində 99-YP-362 qeydiyyat nişanlı "BMW" markalı YPX avtomobilinin sürücüsü yolayrıcındakı svetoforun qırmızı işığına məhəl qoymayaraq hərəkətini davam etdirib. Bu görüntüləri qeydə alınan Avtosfer.az-ın oxucularından biri məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisinə müraciət edib. Vətəndaş öz müraciətindən tam haqlı olaraq bildirib ki, «Yol hərəkəti haqqında» qanunun 48-ci maddəsinin 1-ci hissəsində və 74-cü maddəsinin 2 ci hissəsində göstərilib ki, "Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar. Həmin sürücülər, onlara yol verildiyini yəqin etdikdən sonra üstünlükdən istifadə edə bilərlər".
Vətəndaş öz müraciətində DYP rəhbərliyindən xahiş edib ki, «mənə cavab məktubunda həmin YPX avtomobilinin sürücüsünün hansısa xidməti vəzifəsini yerinə yetirməsi üçün və yaxud tağım komandirinin hansısa göstərişinə görə qırmızı işıqda keçdiyini yazmayasınız. Çünki «Yol Patrul Xidməti Haqqında Təlimat»ın 7.43 cü bəndində göstərilib ki, «Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulması vəziyyəti yarandığı halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etməlidir».
Vətəndaşın müraciətinə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov şəxsən özü cavab verib. Rəis cavab məktubunda qeyd edib ki, vətəndaşın göstərdiyi tarixdə 99 YP 362 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən yol polisi əməkdaşı Ə.Süleymanlı daxili işlər orqanlarında xidmətdən xaric edilib. Lakin onun xidmətdən xaric edilməsi çox güman ki, qırmızı işıqdan keçməsi ilə bağlı deyil…
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













