Bakıda rəisin oğlu "Porsche" ilə piyadanın üstündən keçdi - DETALLAR

Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Piyadanın üstündən keçən “Porsche Cayenne” markalı, 90 HR 440 dövlət nömrə nişanlı avtomobilin Türkiyə vətəndaşına yox, Azərbaycan vətəndaşına məxsus olduğu bəlli olub. Avtosfer.az xəbər verir ki, bu barədə lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı sakini, 1993-cü il təvəllüdlü Kərimov Əhəd Hikmət oğlu tərəfindən törədildiyi üzə çıxıb. Bildirilir ki, Sabunçu dairəsi yaxınlığında – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 90 SR 544 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı mikroavtobus sərxoş halda yolu keçməyə çalışan kişini vurub. Zərbədən piyada yolun hərəkət hissəsinin digər zolağına yıxılıb və bu zaman arxadan gələn və 24 yaşlı Əhədin sürdüyü “Porsche” onun üstündən keçib. Piyada hadisə yerindəcə keçinib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi istiqamətində iş aparılır.
“Porsche”ni idarə edən 24 yaşlı Əhəd Kərimov BDYPİ-nin İstintaq şöbəsinin keçmiş rəisi, hazırda Şirvan şəhər Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsində çalışan polis polkovnik-leytenantı Hikmət Kərimovun oğludur. Qeyd edək ki, ilkin məlumatlarda ölümlə nəticələnən qəzaya səbəb olan sürücünün Türkiyə vətəndaşı olduğu bildirilirdi.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













