Bakıda sərxoş sürücü yol polisinı xəstəxanalıq etdi – FOTO

Paytaxtın Nərimanov rayonunda sərxoş sürücü yol polisi avtomobilini vuraraq qəza törədib. Avtosfer.az APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Mahmud Mahmudov "BMW" markalı avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən yol kənarında dayanan Yol Patrul Xidmətinin avtomobilinə çırpılıb. Qəza nəticəsində yol polisi əməkdaşı Bədir Bədirli xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Həkimlər sınıq xəsarətləri alan yol polis əməkdaşının vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.
Qəza törədən sürücü Mahmud Mahmudovun sərxoş olması müəyyən edilib. Söhbət zamanı Mahmud Mahmudov baş verən hadisədən xəbərsiz olduğunu bildirib. Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbləri təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Lent.az-ın məlumatına görə, 23 yaşlı sürücünün idarə etdiyi "BMW" markalı avtomobil Yol Patrul Xidmətinin "Hyundai" markalı 99 YP 456 nömrə nişanlı avtomobilə çırpılıb. Nəticədə yol polisi əməkdaşı, 1990-cı il təvəllüdlü polis serjantı Bədir Bədirli və hadisəni törədən avtomobildəki sərnişin yaralanıb. Bildirilir ki, hadisəyə "BMW"nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi səbəb olub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















