Bakıda sürücünü cərimələyən yol polisi özü qanunu pozdu - VİDEO

Bakıda yol polisi motosiklet sürücüsünü qayda pozduğuna görə saxlayıb. Avtosfer.az-ın Baku.ws-ə istinadən məlumatına görə, yol polisi sürücünün motosikletinə minərək cərimə meydançasına yollanıb. Bu qəribə mənzərə ətrafdan keçən insanların marağına səbəb olub. Adətən bu cür hallarda motosiklet evakuator vasitəsilə cərimə meydançasına aparılır. Ancaq bu dəfə yol polisi şəxsən motosikletə minərək cərimə meydançasına yollanıb.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, yol polisi əməkdaşı motosikletə minərək nəqliyyat vasitəsini cərimə meydançasına apara bilər: “Ancaq bu halda mütləq yol polisi əməkdaşı başına dəbilqə taxmalıdır. Bununla yanaşı, sürücünün pozduğu qaydaya uyğun olaraq bu prosedur dəyişə bilər. Məsələn, sürücülük vəsiqəsində problem varsa, bu halda mütləq digər üsullardan istifadə edilməlidir”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












