Bakıda xüsusi təhlükəsizlik tədbirləri KEÇİRİLDİ - 1846 nəfər cərimələndi

Bakıda ictimai asayişin və təhlükəsizliyin nümunəvi qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ərazi polis orqanları ilə birlikdə kompleks tədbirlər həyata keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə BŞBPİ-dən məlumat verilib. Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə 11 nəfər tutulub, axtarışda olan 30 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb. Bundan əlavə, küçə ticarəti ilə məşğul olduqlarına görə 151 vətəndaş barəsində müvafiq tədbir görülüb, avaralıq və dilənçiliklə məşğul olduqlarına görə 54 nəfər saxlanılıb, pasport rejimi qaydalarını pozmuş 1730 nəfər müəyyən edilməklə yanaşı, xırda xuliqanlıq, antisanitariya, qanunsuz tikinti işlərinin aparılması və digər hallar aşkar edilərək aidiyyəti tədbirlər görülüb. Kompleks tədbirlər çərçivəsində yol hərəkətinin təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən Bakı ərazisində yol hərəkəti qaydalarını pozmuş ümumilikdə 1700, o cümlədən kobud qayda pozuntusuna yol vermiş 161 sürücü barəsində inzibati xəta haqqında protokollar tərtib olunub. Çoxavazlı səs siqnalı, gursəsli səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 13 nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 139 nəqliyyat vasitəsi müəyyən edilib. Həmçinin avtomaşını sərxoş halda idarə edən 20, eləcə də parklanma qaydalarını pozmuş 991 sürücü, bir avtoxuliqan və yolu müəyyən olunmamış yerdən keçən 854 piyada barəsində müvafiq tədbir görülüb. Paytaxt ərazisində xidmətin nümunəvi təşkili və aparılması, hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













