DYP -dən polislərin yayılmış görüntüləri ilə bağlı AÇIQLAMA - VİDEO - YENİLƏNİB

Yol polisi 22 Avqust 2022 23:10 Oxunub 11810
DYP -dən polislərin yayılmış görüntüləri ilə bağlı AÇIQLAMA   - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Şəhər Dövlət Yol Polisi sosial şəbəkələrdə DYP əməkdaşları ilə sürücünün mübahisəsini əks etdirən video ilə bağlı açıqlama verib. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, yol hərəkəti əleyhinə edilmiş qayda pozuntularında inzibati xəta iki formada aşkarlanır birincisi xüsusi texniki vasitələrlə bu zaman sürücü və polis arasında təmas olmur qayda pozuntusunun video və foto materiallları şəxsin elektron kabinetinə yerləşdirilməklə elektron qərar qəbul (EQ) edilir:

“Digəri isə YPX əməkdaşının vizual olaraq aşkarladığı qayda pozuntusudur ki, bu zaman sürücüyə etdiyi qayda pozuntusu izah olunur misal üçün qırmızı işıqda keçmisiniz, giriş qadağan olan yola daxil olmusuz, qarşı hərəkət zolağına keçib nəqliyyatın axınına doğru hərəkət etmisiniz və ya nişanın tələbini pozmusunuz və s. Bu hallardan biri və ya digəri olduqda Yol Hərəkəti Haqqında Qanunun pozulan tələbi və həmin maddə üzrə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan xətanın maddəsi izah olunmaqla yerində şəxsin iştirakı ilə inzibati xəta üzrə protokol tərtib olunur (İXP) bu zaman sürücü YPX əməkdaşından yerində görüntü tələb edə bilməz, protokolla razılaşmaya bilər. Həmin protokol qərarsız qalmalı və sürücüyə daha sonra həmin sübutlar aidiyyəti üzrə onun iştirakı ilə təhlükəsiz şəhər kameralarından çıxarılmaqla təqdim olunur”.

A.Əsgərli bildirib ki, ümumiyyətlə son illərdə vətəndaş polis təmasının azaldılması məqsədilə DİN məqsədyönlü formada bu addımları atmaqla qayda pozuntularının demək olar ki 70 %-ni elə xüsusi texniki vasitələrlə aşkarlayır:

“Paytaxt ərazisində əməkdaşlarımızın gündəlik xidməti o qədər ağırdır ki, hər gün yollarda hərəkətin nizamlanması və təhlükəsizliyin təmini məqsədilə görülən tədbirlərin nəticəsində milyonlarla insanın mənzil başına çatması üçün ağır iş rejimində xidmət təmin olunur.  Bir sözlə, paytaxt ərazində YPX əməkdaşının elə boş vaxtı yoxdur ki, kiminləsə qeyri-müəyyən bir vəziyyətə görə uzun müzakirələr aparsın.

Bu gün ölkəmizdə hamı bilir ki, qayda pozmayan sürücünü heç kim nə əsassız, nə də qanuni izahsız formada saxlamır. Belə hallar olanda isə həmin əməkdaşlar barədə çox sərt formada tədbirlər görülür. Bu videoda da sürücü polisi çəkməklə onu öz işindən uzaqlaşdırmağa cəhd edir. İşini ləyaqətlə, düzgün şəkildə icra edən hər bir polis əməkdaşı üçün belə çəkilişlər əhəmiyyətsizdir. İstər sadə vətəndaş, istərsə də dövlət məmuru hüquqlarını və vəzifələrini düzgün bilsə, ləyaqətli olsa, işini və vətəndaşlıq borcunu dürüst formada icra etdikdən sonra kimin nəyi çəkib paylaşmağının heç bir əhəmiyyəti yoxdur. Onsuz da indiki zəmanədə hamı hamını çəkir. Kim kimə nəyi sübut etmək istəyirsə birinci ona gərək özü inansın və dürüst olsun. Gəlin, qaydaları pozmayaq, qanunlara hörmətlə yanaşaq, insanları yerli-yersiz çəkib paylaşmaq əvəzinə, intizamlı olaq. Bizdə həmin dialoqun lap əvvəldən çəkilişi var. Amma onları paylaşmağı etik hesab etmirik!”

17:25

Sosail şəbəkələrdə DYP əməkdaşları ilə sürücünün mübahisəsini əks etdirən video yayılıb. Avtosfer.az xəbər verir ki, görüntülərdə sürücü qayda pozuntusunun videosunu tələb edir. YPX əməkdaşları isə bunun yalnız İdarədə mümkün ola biləcəyini qeyd edirlər. 
Mübahisə zamanı yol polisi inspektoru sürücünün ona rüşvət təklif etdiyini və özününü bundan imtina etdiyini idda edir. Eyni zamanda sürücüyə protokol tərtib olunacağını deyir. Videonu təqdim edirik:

Nərminə əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh