Bakıda yol polisi yolda qalan sürücüyə qarşı elə bir jest etdi ki... - FOTOLAR

Səkinə adlı sürücü Avtosfer.az-a yol polisinin nümunəvi hərəkəti ilə bağlı fotolar göndərib. Xanım sürücü bildirib ki, bu gün səhər saatlarında işə gedərkən Babək prospektinin sonunda - Yusif Səfərov küçəsinə gedən yolayrıcında maşının təkəri partlayıb və boşalıb: "Maşını sağa çəkib saxladım. Bu zaman yol polisi mənə yaxsınlaşıb dayanmağımın səbəbini soruşdu. Biraz həyəcanlandəm. Çünki onlar haqqında o qədər mənfi fikir formlasdırıblar ki, həyəcanlanmamaq mümkün deyildi. Amma tam əksi oldu. Mənə kömək etmək istədiyini bildirdi. Qısası, özləri mənim maşınımın təkərini dəyişdilər. Mənə çox təəccüblü gəldi, dedim yəqin, axrda hörmət etməyimi istəyəcəklər. Lakin yenə də tam eksi oldu, həyat yoldaşım gələnə qədər özləri təkəri dəyişdilər. Hətta yoldaşım gələndə də yenə də özləri axıra kimi işi gördülər. Biz də onlara çox minnətdarlığımızı bildirdik.
Polislərin razılığını aldım, dedim, bunu paylasacam və sizinlə paylaşıram ki, bəzi insanların beyin yarımkürələrində azacıq da olsa müsbət hisslər formalaşsın. Sizdən xahiş edirəm, bu məlumatı paylaşasınız ki, camaat insani xaraketerə sahib olan yol polislərinin olduğunu bilsin".
Avtosfer.az bildirir ki, xanım sürücüyə kömək edən yol polisi 99 YP 416 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan Bakı şəhər DYP-nin Yol-Patrul Xidməti Alayının polis baş serjantı Ayxan Allahyarovdur.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















