Bakıda yol polisləri iki nəfəri ölümdən qurtardı - Onları 15 nəfər döyürmüş - VİDEO

Bakıda yol polisi əməkdaşları iki gənci ölümdən qurtarıb. Bu barədə Avtosfer.az-a şahidlər məlumat verib. Bildiriblər ki, noyabrın 14-də, axşam saatlarında Nəsimi rayonu ərazisində yol kənarında bir qrup gənc arasında əlbəyaxa dava baş verib. Təxminən 15 nəfər gənc iki nəfəri kafedən bayıra çıxaraq yol kənarında döyməyə başlayıblar. Bu zaman yoldan keçən DYP-nin YPX Alayının 11-ci tağımının əməkdaşları 99 YP 468 nömrəli patrul avtomobilini saxlayaraq davanı sakitləşdirməyə başlayablar. Polis əməkdaşlarından biri Elnur Həsənov olub. O, həmkarı ilə birlikdə davanı sakitləşdirərkən bir qrup şəxsin iki nəfəri amansızcasına döydüyünü görüblər. Yol polisləri dərhal həmin 2 nəfəri azğınlaşmış gənclərin əlindən alaraq YPX avtomobilinin yanına gətiriblər. Təqdim olunan videodan da göründüyü kimi, yol polisləri iki nəfəri maşının yanında qorusa da, kənardan onlara hücum edib əl-qol atanlar da olub. İki nəfəri döyün 15 nəfərdən biri hətta polislərin yanından döyülən gənclərin birinin qoluna bıçaqla xəsarət yetirib. Polislər dərhal həmin şəxsi tutaraq bıçağı onun əlindən alıblar. Az sonra DYP əməkdaşlarının dəvəti ilə əraziyə Post-Patrul Xidmətinin əməkdaşları gəlib. Yol polisləri saxlanılan şəxsləri, eləcədə döyülən iki nəfəri, habelə bıçağı onlara təhvil verəndən sonra ərazidən uzaqlaşıblar və xidmətə davam ediblər.
Davanın söyüş üstündə baş verdiyi bildirilir. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, həmin iki nəfər kafedə söyüş söydüyü üçün bir qrup şəxs onları bayıra çıxaraq döyüb.
***
Azxeber.com saytı isə videonu paylaşaraq yazıb ki, Bakıda DYP əməkdaşları ilə sürücü və sərnişinlər arasında düşən insidentin görüntüləri ortaya çıxıb. Hadisə şahidlərindən birinin göndərdiyi görüntülərdə 99-YP-468 dövlət nömrə nişanlı DYP avtomobilindəki polislər sürücünü zorla maşına mindirməyə çalışırlar. Görüntülərdə sürücünün yanındakı sərnişinlərin də mübahisəyə qoşulduğu öz əksini tapıb. Nəticədə tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib.
Həmin görüntüləri təqdim edirik:
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










