Yol polislərinin videosu yayıldı: Sürücüyə yaxınlaşıb görün nə etdilər - VİDEO

Bakıda motosiklet sürücüsünün başına gələn hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nəriman Nərimanov prospektində baş verib. Belə ki, idarəetməni itirən sürücü motosikletdən yerə yıxılıb. Ərazidə xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99-YP-363 və 99-YP-369 qeydiyyat nişanlı Yol Patrul Xidməti avtomobilinin ekipajları qəzaya “Hyundai” markalı avtomobilin sürücüsünün səbəbkar olmasından şübhələnərək onu saxlayaraq hadisə yerinə gətiriblər. Motosiklet sürücüsünə yaxınlaşan polis əməkdaşları öncə onun xəsarət alıb-almadığını öyrəniblər, daha sonra isə hadisənin necə baş verdiyini araşdırıblar. Qəzaya düşən şəxs “Hyundai” markalı avtomobilin sürücüsünün onu vurmadığını və heç bir günahının olmadığını bildirib.
Qeyd edək ki, məsələ aydınlaşdırıldıqdan sonra “Hyundai”ın sürücüsünün günahsız olması təsdiqini tapıb və o, sərbəst buraxılıb. Polis əməkdaşları isə moped sürücüsünə yardım göstərərək onun yoluna davam etməsini təmin ediblər.
Polis əməkdaşlarının operativ addımı, o cümlədən şübhəli sürücünün anında saxlanılıb hadisə yerinə gətirilməsi sosial şəbəkə izləyiciləri tərəfindən alqışlanıb. Qəzaya düşən sürücü onun səhhəti ilə maraqlanan, onun təhlükəsizliyini təmin edən yol polislərinin nümunəvi xidmətinə görə onlara təşəkkürünü bildirib.
Polis əməkdaşlarının daim vətəndaşların yanında olması, onların təhlükəsizliyini təmin etməsi, çətin vəziyyətlərdə hamıdan öncə köməyə gəlməsi danılmaz faktdır. Bu videogörüntü də deyilən sözlərə bir nümunədir. Bu, Azərbaycan polisinin görünən tərəfidir. Onların görünməyən xidmətləri isə saysız-hesabsızdır. Bu cür nümunəvi xidmətə görə həmin polis əməkdaşlarına Avtosfer.az adından təşəkkürümüzü bildiririk.
Təbriz
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO










