Bakıda yoxa çıxan yol polisi işdən qovuldu - Bıçaqlanıb

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİDYPİ) Növbətçi Hissəsinin sürücüsü, polis serjantı Əliş Kərimov vəzifəsindən azad edilib. Bu barədə "Report"a Bakı şəhər DYP-dən məlumat verilib. Məlumata görə, Ə.Kərimovdan izahat alınıb, xidməti yoxlama aparılıb. O, vəzifə borcunu yerinə yetirərkən işinə qarşı laqeyd münasibət bəslədiyinə görə polis sıralarından xaric edilib.
Qeyd edək ki, fevralın 2-dən 3-nə keçən gecə Ə.Kərimov ona təhkim olunmuş 99-YP-460 dövlət qeydiyyat nişanlı "Kia" markalı avtomobili küçədə saxlayaraq ərazidən uzaqlaşıb. Avtomobil BŞBDYPİ-nin Növbətçi Hissəsinə məxsusdur.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Ə.Kərimov Növbətçi Hissədə sürücü işləyirdi. Onun xeyli miqdarda borcu olduğu, "Topaz"-da çoxlu pul uduzduğu, elə buna görə də qaçıb gizləndiyi bildirilir. Əliş Kərimov iki il əvvəl yaşadığı ərazidə bıçaqlanıbmış. Amma hadisənin səbəbi məlum deyil.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












