"Bakıdakı sabitlik Avropanın öndə gedən şəhərlərində yoxdur" - Ramil Usubov - VİDEO

"Formula 1 yarışlarında təhlükəsizliyin təmin olunmasına 3 minə qədər polis əməkdaşı cəlb edilib. Bakı şəhəri mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevirilib. Elə buna görə, mindən çox polis əməkdaşı ingilis dili kurslarını mükəmməl şəkildə bitirib. Onlar heç bir çətinlik olmadan xarici vətəndaşlarla təmasda ola bilirlər". ANS-in məlumatına görə, bu sözləri “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran daxili işlər naziri Ramil Usubov bildirib. Azərbaycanda son kriminogen durum haqqında danışan nazir bəzi dünya mətbuatında Azərbaycanda kriminal vəziyyətin pis olduğu haqqında yazılan yazılara da münasibət bildirib. O qeyd edib ki, ölkəmizdə ki, siyası sabitlik göz önündədir. Xarici qonaqlar və yerli sakinlər də buna şahiddir. Onun sözlərinə görə, ölkəmizə gələn qonaqlar Avropanın ən öndə gedən şəhərlərində belə bu cür sabitliyin olmadığını bildirirlər.
“Son 5 ilə Azərbaycanda hər 100 min nəfərə 254 cinayət düşürsə, Avropda hər 100 min nəfərə 2-3 dəfə bundan çox cinayət işi düşür. Bu statistikanın özü açıq-aydın hər şeyi göstərir. Bizim ölkə haqqında haqsız mülahizələr söyləmək özü, əlbəttə ki, ədalətsizlikdir”,- deyə daxili işlər naziri Ramil Usubov bildirib.
Daha sonra nazir Nardaranda son vəziyyətlə bağlı danışıb. Bu gün Nardaranda abadlaşma işlərinin görüldüyünü, burada tamam yeni bir mənzərənin yaradıldığını qeyd edib. Qəsəbədə əsayişin qorunmasının yüksək səviyyədə təmin edildiyini, sakinlərin də bundan məmnun olduğunu söylən Ramil Usubov əvvəllər vətəndaş-polis etimadsızlığının artıq aradan qaldırıldığını son beş ayda 3 minə qədər nardaranlının müxtəlif məsələlərlə bağlı orada yaradılmış polis bölməsinə müraciət etdiyini əlavə edib. “Artıq Nardaranda yaşayan insanlar inanır ki, dövlətin qurumu onun müraciətinə reksiya verəcək, tədbir görəcək. Orada baş verən kriminal hadisələrlə bağlı müraciətlərə dərhal baxılır və tədbir görülür. Əsas məqsəd bu idi ki, orada da idarə etmə dövlət qanunları ilə aparılsın. Hesab edirəm ki, bu gün buna nail olunubdur”,- deyə nazir vurğulayıb.
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO










