Bakının cənub girişində hərəkət məhdudlaşdırılır – RƏSMİ AÇIQLAMA

Avqustun 29-u saat 06:00-dan Bakının mərkəzinə Badamdar istiqamətindən daxil olan yol bağlı olacaq.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli deyib.

O bildirib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən üzü Mikayıl Müşfiq küçəsi (Bakı Şəhər Dövlət Yol Polis İdarəsi, Yeni Yasamal və Kənar Dairəvi yol) istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Belə ki, Kənar Dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər.
Rüstəm Əhmədli onu da vurğulayıb ki, Badamdar şosesindən üzü mərkəz istiqamətinə hərəkət isə sərbəst olacaq.
Səfər
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










