Bakının mərkəzində "avtoşluq" edən sürücü məhkəməyə çıxarıldı və 1 illik... - VİDEO

Bakının mərkəzində avtoxuliqanlıq edərək video paylaşan şəxs məsuliyyətə cəlb edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, sentyabrın 15-də paytaxtın Füzuli, Şəmsi Bədəlbəyli və digər küçələrində avtoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan “Mercedes” markalı 90 VS 077 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü müəyyən edilib.
Sürücü Şirinov Rəşad Eldəniz oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (Avtoxuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və 500 manat cərimə edilib.
Qeyd edək ki, avtoxuliqanlıq edən şəxs sosial şəbəkədə canlı yayım açaraq etdiyi hərəkətləri nümayiş etdirib.
Həmin görüntüləri təqdim edirik:
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO










