Bakının mərkəzində qaydaları pozan yol polisi – FOTO+VİDEO

Bakının mərkəzində Dövlət Yol Polisinin əməkdaşının daha bir qanunsuz hərəkəti ifşa olunub. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a daxil olan məlumata görə, fevralın 2-də, təxminən saat 12.00 radələrində Bakıda metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında, “Hüseyn Cavid” prospektində hərəkət edən DYP sürücüsü kobud şəkildə yol hərəkəti qaydasını pozub. Belə ki, “Hüseyn Cavid” prospekti ilə üzü Şəhidlər Xiyabanı-Vergilər Nazirliyi istiqamətində hərəkətdə olan DYP avtomobilin sürücüsü, səs siqnalı və sayrışan işıqlardan istifadə etmədən qoşa xətti tapdalayıb, əks yola çıxaraq dönmə əməliyyatını həyata keçirib.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanunun 48-ci maddəsində və 74-cü maddəsində göstərilib ki, “Hərəkətin başqa iştirakçıları qarşısında üstünlük almaq üçün belə nəqliyyat vasitələrinin sürücüləri sayrışan işıq və xüsusi səs siqnalını qoşmalıdırlar”.
“Yol Patrul Xidməti Haqqında Təlimat”ın 7.43 cü bəndində göstərilib ki, “Xidməti vəzifələrinin yerinə yetirilməsi ilə bağlı yol hərəkəti qaydalarının pozulması vəziyyəti yarandığı halda YPX inspektoru bu barədə digər hərəkət iştirakçılarını məlumatlandırmaqla qırmızı və ya göy sayrışan işıq siqnallarından istifadə etməlidir”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












