Bakının yol polisi əməkdaşı Moskvada 1-ci yerə çıxdı - FOTOLAR

Dövlət Avtomobil Müfəttişliyinin yaradılmasının 80 illiyi münasibəti ilə 26 iyun - 1 iyul 2016-cı il tarixlərində Moskva vilayətinin Domodedovo şəhərində keçirilmiş “Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin yol hərəkəti təhlükəsizliyinin Dövlət inspeksiyasının ən yaxşı yol-patrul xidməti əməkdaşı” adı uğrunda lX Ümumrusiya professional ustalıq konkursunda iştirak edən Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 8-ci tağımının YPX inspektoru, polis baş serjantı İbrahimov Emil Ələmdar oğlu tədbirə dəvət olunmuş MDB dövlətlərinin YPX əməkdaşları arasında birinci yerə layiq bilinib. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev məlumat verib. O bildirib ki, yarışlar əsasən aşağıdakı sahələr üzrə aparılıb:
- Xüsusi hazırlıq üzrə - yol hərəkəti qaydaları, yol hərəkətinin tənzimlənməsi, nizamlanması;
- Texniki-kriminalistika üzrə - xüsusi və operativ-mexaniki vasitələr;
- Tibbi hazırlıq üzrə - nəzəri hissə və yol-nəqliyyat hadisələri zamanı yaralılara ilkin tibbi yardım;
- Atəş hazırlığı üzrə - silah hissələri və təhlükəsizlik qaydaları üzrə bilik səviyyəsi, atəş hazırlığı normativlərin icrası, praktiki atıcılıq;
- Fiziki hazırlıq üzrə - güləş döyüş fəndləri,turnikdə dartınma, 1 kmkross.
Konkursda hər sahə üzrə sınaqlar ballarla qiymətləndirilmiş və əməkdaşların topladığı ballara uyğun olaraq yerlər müəyyən edilmişdir.
Qeyd edək ki, yarışlarda 2-ci yerə Belarusiyalı, 3-cü yerə isə Osetiyalı əməkdaş layiq bilinib.
Mükafatları 1990-2002-ci illərdə Rusiyanın Dövlət Avtomobil Müfəttişliyinə rəhbərlik etmiş, hazırda istefada olan polis general-leytenantı Vladimir Fyodorov təqdim edib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














