Bakının yol polisləri qan verdi - FOTOLAR

Fevralın 20-də Azərbaycan Talassemiya Federasiyası, Qan Donorları Assosiasiyasının birgə təşkilatçılığı və Mərkəzi Qan Bankının dəstəyi ilə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində növbəti könüllü qanvermə aksiyası keçirilib. Talassemiya Federasiyasından Avtosfer.az-a verilən məlumata görə, tədbirdə idarənin onlarla əməkdaşı qana ehtiyacı olan xəstələr üçün könüllü olaraq qan verib. Talassemiya irsi qan xəstəliyidir və bu xəstəliyin müalicə olunmasında qan köçürmə prossesi mühüm rol oynayır. Talassimiyalı xəstələri qanla təmin etmək üçün respublikada mütəmadi olaraq qanvermə aksiyaları keçirilir.
Qeyd edək ki, həkim nəzarətindən keçirilən donorların çəkisi 50 kq-dan az olmamalı, yaş həddi 18-60 arası fiziki sağlam şəxslər qan verə bilər. Bu gün keçirilən aksiya çərçivəsində də donorlar əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra isə qan verib. Aksiyada iştirak edənlər bu cür aksiyaların keçirilməsini yüksək qiymətləndiriblər və digər şəxsləri də qanvermədə iştirak etməyə səslədilər. Aksiyanın paytaxtın digər polis idarə və bölmələrində də davam etdirilməsi nəzərdə tutulur.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO


















