Banner

Baş Dövlət Yol Polisi İdarəsi Onlayn İctimai Nəzarət Platforması layihəsində fəallığına görə təltif edilib - FOTO

Yol polisi 28 Fevral 2023 12:06 Oxunub 1016
Baş Dövlət Yol Polisi İdarəsi Onlayn İctimai Nəzarət Platforması layihəsində fəallığına görə təltif edilib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Beynəlxalq əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilən E-Nəzarət Platformasının əsas məqsədi əhalinin üzləşdiyi problemləri çevik şəkildə aidiyyəti qurumlara çatdırmaq və onların həllinə nail olmaqdır.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az-a bildiriblər ki, təşkilatçıların çoxsaylı dövlət qurumlarının, QHT-lərin və mətbuat nümayəndələrinin iştirakı ilə keçirdiyi “Dəyirmi masa”da Platformaya daxil olmuş müraciətlər, onların icra vəziyyəti müzakirə edilib.

Tədbirdə iştirak edən DİN BDYPİ-nin əməkdaşı Mübariz Ağayev təmsil etdiyi qurum tərəfindən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə göstərilən dəstək, polisə əlçatanlığının təmin edilməsi istiqamətində görülən işlər, bu sahədə QHT və media subyektləri ilə birgə əldə olunan nailiyyətlər haqqında iştirakçılara məlumat verib.

Sonda vətəndaşların müraciətlərinə baxılması və qaldırılan məsələlərin həllində fəallıq göstərdiklərinə görə bir sıra qurumlar, o cümlədən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi təltif edilib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh