Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “Sea Breeze” istirahət mərkəzində yerləşən Landau Məktəbində şagirdlərlə maarifləndirici görüş keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirin əsas məqsədi uşaq və yeniyetmələrin yol hərəkəti təhlükəsizliyi sahəsində biliklərinin artırılması, yol hərəkəti qaydalarının təbliği, eləcə də yol-nəqliyyat hadisələrinin profilaktikası istiqamətində maarifləndirmə işinin gücləndirilməsi olub.
Görüş zamanı şagirdlərə yol hərəkəti qaydaları ilə bağlı ilkin biliklər, piyadaların və sərnişinlərin hüquq və vəzifələri, təhlükəsiz davranış qaydaları, həmçinin gündəlik həyatda yol hərəkəti təhlükəsizliyinə əməl etməyin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda təşkil olunan tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Şagirdlər onları maraqlandıran sualları ünvanlandırıb, müxtəlif maarifləndirici fəaliyyətlərdə və müzakirələrdə fəal iştirak ediblər.
Tədbir çərçivəsində məktəblilər yol polisi əməkdaşlarının xidməti fəaliyyəti ilə yaxından tanış olublar. Onlara yol polisi əməkdaşlarının funksional vəzifələri, xidmət istiqamətləri və yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Bununla yanaşı, şagirdlərə yol polisinin patrul xidməti avtomobili nümayiş etdirilib, onun texniki imkanları, xüsusi avadanlıqları və xidmət zamanı yerinə yetirdiyi funksiyalar izah olunub.
Maarifləndirici tədbirin sonunda şagirdlərlə xatirə şəkilləri çəkdirilib. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu kimi maarifləndirici görüşlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












