Baş Dövlət Yol Polisi İdarəsindən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində müşahidə olunun küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Bu barədə Avtosfer.az-a BDYPİ-dən bildirilib. DYP müraciətdə hərəkət iştirakçılarını həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün ehtiyatlı və diqqətli olmağa çağırıb. Qeyd olunub ki, Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 15-ci, eləcə də Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 25-100-cü kilometrliklərində küləyin şiddətinin daha çox olması müşahidə edilir. Bununla əlaqədar ərazidə xidmət aparan BDYPİ YPXA-nın əməkdaşları tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülür: “Mövcud hava şəraitini nəzərə alaraq bir daha hərəkət iştirakçılarına, xüsusilə yük avtomobillərinin sahibləri və sürücülərinə müraciət edərək onlara küləkli havada hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməyi, görmə məsafəsi məhdudlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməyi, açıq ərazilərdə sürəti azaltmağı, qəfil manevr və ya kəskin tormazlama etməməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı tövsiyə edirik. Nəqliyyat vasitələrini sürüşmə, uçulma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir. Küləkli hava şəraitində bütün hərəkət iştirakçıları, o cümlədən piyadalar daha da ehtiyatlı olmalı, zərurət olmadıqca açıq havada hərəkət etməkdən çəkinməli, ictimai nəqliyyatdan istifadə etməlidirlər”.
Vilayət Eyvazov sıra baxışında 175 nəfəri seçdi; 14-ü Vətən müharibəsi iştirakçısıdır - FOTO - VİDEO
General-mayor Ramiz Zeynalovun yubileyidir - 75 yaşı tamam oldu
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO









