Belə avtomobili olanlara qarşı reyd keçirilib - FOTO

Qazax rayonunda atmosferi çirkləndirən, qəzalara səbəb olan nasaz avtomobilləri müəyyən etmək məqsədilə reyd keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barəd "Report"un qərb bürosu xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı ərazi idarəsi ilə Qazax Yol Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi yoxalamalar zamanı 80 avtomobil saxlanılıb.
Xüsusi cihazlar vasitəsi ilə yoxlanılan nəqliyyat vasitələrindən 29-nun mühərrikinin nasaz olduğu müəyyənləşib. Havaya zərərverici qazlar buraxan avtomobil sahiblərindən bəziləri reyd zamanı etiraz bildirsələr də minik vasitələrinin nasaz olduğunu təsdiqləyənlər də olub.
Qazax DYPB rəisi Eldəniz Həsənovun sözlərinə görə, "Təmiz hava" aylığı çərçivəsində keçirilən reyd zamanı əsasən keçmiş SSRİ istehsalı olan maşınlarda nasazlıq üzə çıxıb. Həmin avtomobillərin sahiblərinə inzibati protokollar tərtib edilib.
Qeyd edək ki, reydlər avqustun sonuna qədər davam edəcək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















