"Belə "çörəkpulu" qazanmaq düzgün deyil" - DYP polkovniki

Bakıda “20 Yanvar” metro stansiyası ətrafında və “Şamaxinka” kimi tanınan ərazidə dayanma-durma qaydalarını pozduğu üçün 3 gün ərzində 2300-ə qədər sürücüyə protokol tərtib edilib. 100-ə yaxın sürücü eyni xətanı törətdiyi üçün təkrar cərimələnib. Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. DYP rəsmisi qeyd edib ki, hazırda adları qeyd olunan ərazilərdə Dövlət Yol Polisi və Daxili İşlər Nazirliyinin əməkdaşları xidmət aparır. “Çalışırıq ki, vətəndaşların narazılığına səbəb olan hallar baş verməsin”,-deyə şöbə rəisi vurğulayıb. V.Əsədov qeyd edib ki, həmin ərazidə fəaliyyət göstərən taksi sürücüləri ilə bağlı onlara xeyli şikayət daxil olub. “Bildirmək istərdim ki, heç bir halda qeyri-qanuni fəaliyyət göstərmək olmaz. Taksi sürücülərinin əksəriyyəti bildirir ki, biz buradan “çörək pulu” qazanırıq. Amma “çörəkpulu” qazanmaq üçün başqasının da yolunu kəsmək düzgün deyil. Belə ki, “çörəkpulu” qazanmaq da qanunla tənzimlənməlidir. Onlar kiminsə yolunu kəsməklə, yolun hərəkət hissəsində durmaqla, hay-küy salmaqla ətrafda yaşayan sakinlərin narahatçılığına səbəb olurlar. Bütün hərəkətlər qanunla tənzimlənir”,-deyə V.Əsədov vurğulayıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












