Banner

Beyləqanda narkotikin təsiri altında olan sərxoş sürücü HƏBS OLUNDU - FOTO

Yol polisi 11 Aprel 2025 12:00 Oxunub 4402
Beyləqanda narkotikin təsiri altında olan sərxoş sürücü HƏBS OLUNDU   - FOTO
WhatsApp kanalı|

Beyləqan rayonunda narkotik vasitəsinin təsiri altında qayda pozan sürücü müəyyən olunub.

Avtosfer.az-ın məlumatına görə, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Toyota" markalı maşınla yol hərəkəti qaydasını pozan sürücü - Hikmət Salehliyə “saxla” işarəsi verilib. Aparılan araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobili idarə etdiyi aşkarlanıb.

H.Salehli barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən sürücü 8 gün müddətində inzibati qaydada həbs olunub.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh