Məktəbin qarşısında təhlükəli anlar yaşandı; DYP “011”i qovdu - VİDEO

Biləsuvar rayonunda məktəbin qarşısında təhlükəli anlar yaşanıb. Faktla bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, rayonun Xırmandalı kənd 2 saylı orta məktəbin qarşısında DYP “VAZ 21011” markalı avtomobili saxlamağa çalışıb.
Videogörüntülərdə sürücü saxlamayınca DYP əməkdaşının xidməti avtomobil ilə maşını “qovduğu” əks olunub.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Oxu.az-a bildirib ki, həmin sürücü içkili olub: “Biləsuvar Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun Xırmandalı kəndi ərazisində xidmət apararkən “Vaz 21011” markalı avtomobilin sürücüsü Salyan rayon sakini S.Babayev təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
Sürücü əvvəlcə yol polisi əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməyib hərəkəti davam etdirsə də, bir qədər irəlilədikdən sonra avtomobili dayandırıb. Həmin şəxsin nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında idarə etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Spirtli içkinin təsiri altında olan həmin sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsinə əsasən protokol tərtib edilib və sürücü 400 manat məbləğində cərimə olunub”.
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO










