Binəqədi DYP "Təmiz hava aylığı” tədbirlərini davam etdirir - VİDEO

Respublika ərazisində “Təmiz hava aylığı” çərçivəsində keçirilən tədbirlər davam edir. Paytaxtın Binəqədi rayonunda analoji reyd baş tutub. Avtosfer.az xəbər verir ki, tədbir zamanı sürücülərlə proflaktiki söhbətlər aparılıb, “Təmiz hava aylığı” barədə məlumat verilib. Bildirilib ki, avtomobillərdən ixrac olunan zərərli qazlar təbiətə və insan sağlamlığına ziyan vurur.
Bakı şəhər Dövlət Yol Polis İdarəsinin inspektoru polis mayoru Fuad Sultanov Avtosfer.az-a bildirib ki, DYP əməkdaşları kütləvi informasiya vasitələri ilə birlikdə bir ay ərzində, yəni 1 martdan 31 marta qədər “Təmiz hava aylığı” çərçivəsində paytaxtın müxtəlif ərazilərində reydlər keçirib və belə reydlər hər il mütəmadi davam etdirilir. O bildirib ki, baş tutuan tədbirlər müsbət nəticəsini verir. Belə ki, əksər sürücülərdə avtomobillərdən ixrac olunan zəhərli qazların miqdarı normalar çərçivəsindədir.
Tədbir zamanı bəzi sürücülər barəsində inzibati protokol tərtib edilib, eyni zamanda avtomobili saz vəziyyətdə olan sürücülərə təşəkkür olunub.
Nurlan Sakitoğlu
Nərmin
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?










