Binəqədidə “Təmiz hava” aylığı ilə bağlı yoxlama; qayda pozanlar cərimələndi - VİDEO

Binəqədi rayonunda sürücülər arasında “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, Binəqədi rayon DYP Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak edib. Nəqliyyat vasitələrindən ixrac olunan zəhərli qazların miqdarı ölçülüb, qaydaları kobud şəkildə pozan şəxslər barəsində inzibati qaydada tədbirlər görülüb.
Bakı şəhər DYP İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli sürücülərə qanunvericiliyin tələblərini izah edib. Qeyd olunub ki, ətraf mühitin qorunması olduqca vacibdir. Bunun üçün də sürücülər idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.

Ətrar mühitə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlanan avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbir görülüb. Bəzi sürücülərə isə xəbərdarlıq edilib.
Sürücülərin bəzilərinin avtomobilləri normalara cavab verib. Buna baxmayaraq, zərərli maddələrin miqdarı normadan artıq olan sürücülərə cərimə yazılıb.
Səfər
Qar yağacaq, yollarda təhlükə yaranacaq - DYP XƏBƏRDARLIQ ETDİ - VİDEO
Xətt yoxdur, cərimə var? - RƏSMİ CAVAB - VİDEO
Polis “Şamaxinka”da tıxac problemini bu cür həll etdi - Yeni svetoforlar - VİDEO
"Mərkəz Binəqədi" ərazisindəki nəqliyyat xaosuna RƏSMİ MÜNASİBƏT - VİDEO
Yol polisi küləyə və yağışa görə sürücülərə xəbərdarlıq etdi - DİQQƏT
Robot yol polisləri fəaliyyətə başladı - FOTO - VİDEO
"Yağıntılı və dumanlı hava gözlənilir" - DYP-dən VACİB AÇIQLAMA
Azərbaycanda yol qəzalarında ölənlərin sayı azaldı - DYP-dən AÇIQLAMA
Sürücülərin çoxu bunu bilmir - DYP təkərlərlə bağlı tələbləri açıqladı - FOTO
Polis təhlükə yaradan piyadalara qarşı tədbir keçirdi - FOTO - VİDEO
Abşeron polisi gecə reydi keçirdi; narkomanlar, “avtoş”lar və axtarışda olanlar saxlanıldı - FOTO - VİDEO
























