Bakıda Yol Polisi Şöbəsini kanalizasiya suyu basdı, əhali yolu bağladı - FOTO - VİDEO
Yol polisi 13 Oktyabr 2021 19:34 Oxunub 4118
Bakıda Yol Polisi Şöbəsini  kanalizasiya suyu basdı, əhali yolu bağladı   - FOTO - VİDEO

Bu gün axşam saatlarında Binəqədi şossesində,  Binəqədi rayon DYPŞ-nın inzibati binası və həyəti daxil olmaqla küçəni kanalizasiya suyu basıb. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə,  kanalizasiya suyu daşıb və ətraf əraziləri, insanların həyətini və evini əhatə edib.  Həmçinin küçə də su ilə dolub. Hadisənin miqyası o qədər geniş olub ki, Binəqədi rayon DYPŞ-nın həyəti, inzibati binası, otaqları da kanalizasiya suyu ilə dolub. Əhali buna etiraz olaraq yolu bağlayıb.  Hazırda aksiya davam edir.  Hadisə yerinə hələ ki,  kanalizasiya İdarəsinin işçiləri gəlməyib. Görüntüləri təqdim edirik:

Orxan 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh