Bir anlıq ehtiyatsızlıq faciə ilə nəticələnə bilər - DYP-dən ÇAĞIRIŞ

Piyadavurma hadisələri təkcə yol-nəqliyyat hadisəsi deyil, eyni zamanda ailələrin həyatına ağır zərbə vuran faciəvi hallardır. Bir anlıq diqqətsizlik, tələskənlik və ya məsuliyyətsiz qərar bəzən geri dönüşü olmayan nəticələrə səbəb olur.
Avtosfer.az Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinə istinadla xəbər verir ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları piyadalardır və onların təhlükəsizliyi birbaşa sürücülərin intizamlı davranışından asılıdır. Xüsusilə piyada keçidlərinə yaxınlaşarkən sürətin azaldılmaması və vaxtında reaksiya verilməməsi ağır nəticələrə gətirib çıxara bilər.
DYP sürücülərə müraciət edərək sükan arxasında olduqları hər saniyədə bir insan həyatına məsuliyyət daşıdıqlarını xatırladıb. Tövsiyə olunur ki, piyada keçidlərinə yaxınlaşarkən sürət azaldılsın, uşaqlara, yaşlılara, eləcə də gecə saatlarında və məhdud görünmə şəraitində hərəkət edən piyadalara qarşı daha diqqətli olunsun.
Eyni zamanda piyadalara da çağırış edilib. Qeyd olunub ki, təhlükəsizlik ilk növbədə şəxsi davranışdan asılıdır. Yolu yalnız müəyyən edilmiş keçidlərdən keçmək, işıqforun tələblərinə əməl etmək və tələskənliyin həyat üçün ciddi risk yaratdığını unutmaq olmaz.
Baş Dövlət Yol Polisi İdarəsi hər kəsi yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağıraraq vurğulayıb ki, bir anlıq ehtiyatsızlıq bir ömürlük peşmanlığa çevrilə bilər.
Yol polisi Bakıda moped və motosikletlərlə bağlı tədbir keçirib - VİDEO
Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib - FOTO
Yol polislərimiz Belarusda qalib oldular - VİDEO
İlk dərs günü yollarda təhlükəsizlik necə təmin ediləcək? – RƏSMİ AÇIQLAMA
245 nömrəli məktəbin şagirdləri “Yol polisi ilə bir gün” layihəsində - VİDEO
Yol polisinin nəzakətli davranışı rəğbət qazandı – Sürücüyə cərimə əvəzinə kömək etdi – VİDEO
DYP yeni tədris ili ilə bağlı xəbərdarlıq etdi - VİDEO
“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO










