"Bir gündə 3 azyaşlının maşınla vurulması ciddi məsələdir" - DYP

“Avqustun 2-də respublika ərazisində gün ərzində 3 azyaşlının piyada qismində avtomobillə vurulması bizi ciddi narahat edən məsələlərdən biridir”. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. K.Əliyev bildirib ki, ötən gün ərzində Sumqayıtda saat 10:30 radələrində 9 yaşlı uşağın, Lənkəranda saat 20:40 radələrində 2 yaşlı uşağın piyada qismində vurularaq xəsarət alması və Kürdəmirdə 3 yaşlı uşağın saat 22:00 radələrində avtomobillə vurularaq həlak olması çox ciddi narahatlıq doğurur: “Biz bir daha valideynlərə müraciət edirik ki, azyaşlı uşaqları yolun kənarına təkbaşına oynamağa buraxmasınlar. Azyaşlı uşaq başa düşmür ki, buradan sürətlə avtomobil keçə bilər, qaranlıqda sürücü uşağı görməyə bilər. Yaxşı olardı ki, valideynlər bu məsələləri nəzərə alsınlar, uşaqları küçələrdə, yol kənarlarında nəzarətsiz buraxmasınlar”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












