Banner

Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO

Yol polisi 13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
WhatsApp kanalımıza abunə olun

Cari ilin 10 ayı ərzində piyadaların vurulması ilə nəticələnən 384 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.

Məlumata görə, bu göstərici respublika üzrə ümumi yol qəzalarının 41.1 faizini təşkil edir:

"Təkcə bir gün – 12 noyabr tarixində Xəzər, Qaradağ və Ağsu rayonları ərazisində sutkanın qaranlıq vaxtı törədilən qəzalarda 3 piyada dünyasını dəyişib.

Rəqəmlə ifadə olunan bu hadisələr təkcə 3 nəfərin faciəsi deyil. Zərərçəkmişlərlə yanaşı, təqsirləndirilən şəxslərin də birbaşa taleyinə, ailəsinə sirayət edən bu hadisələr, əslində bərpası mümkün olmayan itkilərdir.

Təəssüf ki, məsuliyyətsiz sürücü amili ilə yanaşı, hələ də piyadalar arasında yolu istənilən yerdən keçmək alışqanlığı, ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşılması hallarının mövcudluğu yollarımızda yaşanan faciələrin başlıca səbəblərindən biridir.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına müraciət edir: Yol birgə istifadə məkanıdır! Qaydaların hər kəsə şamil edildiyi bu mühitdə özünü ümumi davranış normalarından kənarda zənn edən hərəkət iştirakçısı potensial faciə qurbanıdır.

Piyadaların üzərinə düşən ən sadə, lakin həyat əhəmiyyətli vəzifə isə yolu yalnız müəyyən olunmuş keçidlərdən və diqqətli keçməkdir.

Unutmamalıyıq ki, bu sadə qaydaya əməl etməyən piyada istər bilərəkdən, istərsə də ehtiyatsızlıqdan özünün və digər hərəkət iştirakçılarının taleyini dəyişə bilər".

 

Oxunub : 266
ŞƏRH YAZ
Ad

E-mail

Şərh