Bir mesajla aldadırlar, bir kliklə pulunuzu oğurlayırlar - DİN-dən çağırış - FOTO

Texnologiya inkişaf etdikcə dələduzluq üsulları dəyişir. Heç bir halda kart məlumatlarınızı (PIN, CVV, parol, SMS kod və s.) kənar şəxslərlə paylaşmayın. Bank əməkdaşı, və ya hər hansı təşkilat sizdən bu məlumatları heç vaxt tələb etmir.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyi vətəndaşlara çağırış edib.
"Bankdandır, kodu təcili verin", "endirim üçün linki paylaşın", "təcili yoxlama tələb olunur, məlumatları göndərin", "nömrəniz uduş kuponu qazanıb, kodu qəbul edib, təsdiqləyin", "kartınız bloklanacaq, təsdiq üçün linkə keçin", "hesabınıza pul köçürülüb, qəbul üçün məlumatınızı daxil edin", "sizin adınıza kredit sifarişi var, imtina üçün kodu göndərin" və bunlar hamısı bir məqsədə xidmət edir - məlumatınızı, daha sonra isə vəsaitinizi ələ keçirməkdir.
Vətəndaşlardan xahiş olunur ki, belə hallarla rastlaşdıqda bankla və DİN-in "102" Xidməti-Zəng Mərkəzi ilə dərhal əlaqə saxlasınlar. Heç kim şübhəli keçidlərə daxil olmasın, şəxsi məlumatları sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində paylaşmasın, çünki bir mesajla aldada, bir kliklə pulunuzu oğurlaya bilərlər.

DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












