Bu cərimələrin ödənilməsində fəallıq hiss olunur
Yol polisi
20 Fevral 2017 16:47

"Çox güman ki, belə də davam edəcək"
- Piyadaların yol-hərəkət qaydalarını pozduqlarına görə cərimələri ödəmələrində xeyli fəallıq hiss olunur. Bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov qeyd edib ki, cərimələrin ödənilməsi ilə bağlı çoxlu sayda sorğular, zənglər gəlir: “Mənə gələn zənglərdən, sorğu-suallardan da deyə bilərəm ki, cərimələrin ödənilməsində aktivlik hiss olunur. Bu çox yaxşı əlamətdir. Çox güman ki, belə də davam edəcək”.
Qeyd edək ki, piyadaların xeyli hissəsinin yol-hərəkət qaydalarını pozduqlarına görə onlara yazılan cərimələri ödəməməsinə görə yol polisi tərəfindən müəyyən tədbirlər görülür. Bundan öncə V.Əsədov Trend-ə bildirmişdi ki, 2016-cı ildə Bakı şəhəri üzrə 138 min piyada yol-hərəkət qaydasını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib. Ancaq onlardan 50 faizə qədəri cərimələri ödəməyib.
Oxunub : 3420
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












