Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ

"Sürücünün eyni vaxtda manevr qaydalarına, sürət həddinə, ara məsafəsinə və piyadanın vaxtında aşkar olunması kimi tələblərə əməl etməməsi birbaşa ağır yol-nəqliyyat hadisələrinə zəmin yaradır. Bu cür kobud qayda pozuntularına qarşı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən həm inzibati, həm də profilaktik tədbirlər həyata keçirilir".
Avtosfer.az xəbər verir ki, bu sözləri baku.ws-ə Baş DYP İdarəsinin baş inspektoru Elvin Hacıyev bildirib.
O əlavə edib ki, yorğun və yuxulu halda sükan arxasına əyləşən sürücülərlə bağlı xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu hal çox vaxt vizual müşahidə zamanı açıq şəkildə hiss olunur.:
"Belə sürücü potensial təhlükə mənbəyidir. Biz daim çağırış edirik ki, yorğun və yuxulu vəziyyətdə avtomobil idarə etməsinlər. Bu, təkcə onların deyil, digər hərəkət iştirakçılarının da həyatını risk altına qoyur.
Stasionar postlarda əməkdaşlarımız tərəfindən sürücülər mütəmadi olaraq nəzarətdə saxlanılır. İlin bütün fəsillərində – yayda da, qışda da – uzun məsafəni fasiləsiz qət edən və yorğunluq əlamətləri müşahidə olunan sürücülərə istirahət etmələri tövsiyə olunur. Onlara post ərazisində dayanmaq, su içmək, qısa fasilə vermək və yalnız özlərini yaxşı hiss etdikdən sonra yola davam etmək məsləhət görülür. Təcrübədə bu cür qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcək qəzaların qarşısı alınıb".
Baş inspektor vurğulayıb ki, digər ciddi problem isə yol nişanlarının tələblərinə məhəl qoyulmamasıdır:
"Bu artıq yorğunluq amili ilə bağlı deyil, məsuliyyətsiz davranışdır. Bəzi sürücülər təhlükəli manevrlər edir, zolaq dəyişməni qaydalara uyğun həyata keçirmir, dönmə işıqlarından istifadə etmir və ya sürət rejimini kobud şəkildə pozur. Nəticədə süni sıxlıq yaranır, qəza riski artır və bəzən geri dönüşü olmayan faciələr baş verir.
Qəza görüntülərinin təhlili zamanı da görürük ki, bir çox hallarda səbəb məhz təhlükəli manevr və qaydalara etinasızlıqdır. Manevr yalnız təhlükəsiz olduqda, digər nəqliyyat vasitələrinin hərəkəti nəzərə alınmaqla və qanunvericiliyin tələblərinə uyğun şəkildə icra edilməlidir.
Misal olaraq Heydər Əliyev prospektində baş verən hadisəni qeyd etmək olar. Heydər Əliyev prospekti üzərində iri tonajlı yük avtomobilinin hərəkətin intensiv olduğu zolaqda dayanaraq geriyə doğru hərəkət etməsi ciddi qayda pozuntusudur. Bu cür magistral yolda geri hərəkət inzibati məsuliyyət yaradır və xüsusilə ağırtonnajlı nəqliyyat vasitəsi üçün daha böyük risk hesab olunur. Belə hərəkət həm süni tıxac yaradır, həm də zəncirvari qəzalara səbəb ola bilər.
Bir daha vurğulamaq istəyirəm ki, yol hərəkəti qaydalarına əməl etmək yalnız cərimədən yayınmaq üçün deyil, insan həyatını qorumaq üçündür. Statistik göstəricilərə gəldikdə isə, profilaktik tədbirlər nəticəsində bəzi istiqamətlər üzrə azalma müşahidə olunsa da, sürət həddinin aşılması və təhlükəli manevrlər hələ də əsas risk faktorları olaraq qalır. Bu səbəbdən nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir".
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
Yol polisi piyadalarla bağlı dəhşətli görüntülər yaydı - XƏBƏRDARLIQ - VİDEO
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir










