Bu da polisə dəstək verən gənclərimiz - Onlar kimlərdir? - FOTO

Onların formasına “polisə ictimai dəstək” yazılıb. Vətəndaşlar bu şəxslərin şəkillərini çəkərək sosial şəbəkədə paylaşırlar. Həmin şəkillərə rəy yazanların bəziləri onları qınayır, bəziləri isə vətəndaşların polis orqanları ilə əməkdaşlığını müsbət dəyərləndirir. Avtosfer.az-ın məlumatına görə, “Bizim Yol”a açıqlama verən “Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev bildirib ki, “polisə ictimai dəstək” polisin nüfuzunun və imicinin artmasına müsbət təsir göstərəcək. “Mən bilirəm ki “Azərbaycanda polisin sayı kifayət qədər var, ictimai polisə ehtiyac yoxdur” deyə düşünən vətəndaşlarımız var. Onlar hesab edirlər ki, polisin şəxsi heyətinin sayı çoxdur və ictimai polisə ehtiyac yoxdur. 10 milyona yaxın əhali sayına görə Azərbaycan polisinin ştat vahid sayı iki minə yaxın azdır. Dövlət büdcəsi üçün ictimai polisin saxlanması polis saxlanmasından daha yaxşıdır. Çünki xərcləri azdır”, - deyə Ş.Əliyev bildirib.
Polis polkovniki xatırladır ki, bir neçə ay öncə prezident İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb: “Fərmana əsasən, vətəndaşlar polislə əməkdaşlıq edəcək. Hərbi xidməti keçmiş, boyu, 1.70-dən yuxar olan kişi cinsindən olan şəxslər könüllü olaraq ictimai polis xidməti ilə məşğul olacaqlar. Polis orqanları həmin şəxslərə davranış qaydalarını, cinayətkarlıqla mübarizədə üsul və vasitələri öyrədəcəklər. Ehtimal edirəm ki, həmin şəxslər tədricən onlar polis orqanlarında xidmətə keçiriləcək”.
Formasına “polisə ictimai dəstək” yazılmış şəxslərə əmək haqqı büdcədə nəzərdə tutulub. Onlar xüsusi forma və digər xidməti vasitələrlə təmin olunacaqlar. Amma polis əməşdaşlarından fərqli olaraq onlar kabel silahı ilə təmin olunmayacaq.
Ekspertin sözlərinə görə, ictimai polis məsələsi bu ilin əvvəlində ATƏT-in Bakı Ofisi iləDaxili İşlər Nazirliyinin birgə keçirdiyi “Cəmiyyət dəstəkli polis” layihəsində gündəmə gəlmişdi: “Mən özüm də həmin layihədə vətəndaş cəmiyyətinin nümayəndəsi olaraq iştirak etdim.ATƏT-in və Daxili İşlər Nazirliyin apardığı araşdırmalar, apardığı təhqiqatlarda sübut olunur ki, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının, təhlükəsizliyin təminatında vətəndaşların da dəstəyi olması öz səmərəsini verir. Bu baxımdan “polisə ictimai dəstək” xidmətinin yaradılması əhəmiyyətlidir”.
Şəmsəddin Əliyev deyir ki, bu təcrübə Türkiyəndə, Böyük Britaniyanda və İsraildə var:"Azərbaycanda “polisə ictimai dəstək” adlanan şəxslər Türkiyədə “İctimai Polis”, Böyük Britaniyada “cəmiyyət və yaxud ictimai dəstəkli polis” və İsraildə “Təhlükəsizliyə Dəstək” adlanır.

Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi










